4 dəqiqədə 2 qol
“Qəbələ” avrokuboklarda növbəti sınağına çıxıb.
Sportal.az xəbər verir ki, əyalət təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Tiflis “Dinamo”su ilə görüşüb.
Gürcüstanda məğlub olan Roman Qriqorçukun yetirmələri doğma stadionda 1:2 hesablı məğlubiyyətin əvəzini çıxıblar. Komandamız rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Görüşün başa çatmasına 1 dəqiqə qalmış Sergey Zeynov hesabı açıb, əlavə edilmiş 3 dəqiqədə isə Aleksey Antonov fərqi 2 topa çatdırıb.
Bununla da “Qəbələ” tarixində ilkə imza atıb. İndiyədək avrokuboklarda 3 oyun keçirən klub qazandığı ilk qələbə sayəsində II təsnifat mərhələsinə də adlayıb.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
"Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tiflis, Gürcüstan) - 2:0
Qol: Sergey Zenyov, 89, Aleksey Antonov, 90+3
Qırmızı vərəqə: Totadze, 71 ("Dinamo")
saytlarin hazirlanmasi