Rəhim Həsənov Avropada matç idarə etdi, oyunda 1 qırmızı, 5 sarı vərəqə oldu

12:11 - 10 İyul 2015

Meydan sahibləri qələbə qazandı

 

Azərbaycanlı hakimlər beynəlхalq arenada daha bir oyun idarə edib.

 

Sportal.az хəbər verir ki, Rəhim Həsənovun başçılıq etdiyi hakimlər briqadası Avropa Liqasında ədaləti qoruyub.

 

Hakimlərimiz "Düdelanj" (Lüksemburq) - UCD (İrlandiya) matçını idarə edib. Oyun meydan sahiblərinin 2:1 hesabı ilə qələbəsi başa çatıb. İlk matçda 1:0 hesablı qələbə qazanan irlandlar səfər qolu sayəsində mərhələ keçib. 

 

Rəhim Həsənov qonaq komandadan Sean Koyneni 28-ci dəqiqədə meydandan qovub. Referi meydan sahiblərindən 3, qonaqlardan 2 futbolçuya sarı vərəqə göstərib.

 

Qeyd edək ki, Rəhim Həsənovun köməkçiləri Namiq Hüseynov və Rza Məmmədov olub. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirib.

Xəbər xətti