Ruslan Poladov rəsmən "Zirə"də

16:24 - 13 İyul 2015

1 illik müqavilə imzalanıb

 

"Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünəndən etibarən komandaya qoşulan Ruslan Poladovla bu gün 1 illik müqavilə imzalanıb. 
Müdafiəçi ötən gün 19 yaşa qədər futbolçulardan ibarət Azərbaycan yığması ilə yoxlama oyununda da forma geyinib.


 

Xatırladaq ki, qarşılaşma "Zirə”nin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti