Millimizin üzvü "Feyenord"a qarşı oynadı

16:43 - 13 İyul 2015

19 dəqiqə meydanda olub

 

Azərbaycan millisinin üzvü Toğrul Eratın şərəfini qoruduğu "Fortuna"Dusseldorf  növbəti mövsüm üçün hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Almaniya klubu daha bir yoxlama matçında gücünü sınayıb.


"Qırmızı-ağlar" Hollandiyanın "Feyenoord" komandası ilə qarşılaşıb. Görüş Dusseldorf təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. 


Qeyd edək ki, ehtiyat oyunçular skamyasında əyləşən futbolçumuz 71-ci dəqiqədə meydana çıxıb.

Xəbər xətti