"Qəbələ” hiyləgər komandadı”
Avropa Liqasında mübarizə aparan "Qəbələ” ikinci təsnifat mərhələsinin ilk oyununda Serbiyanın "Çukariçki” klubunun qonağı olacaq.
Sportal.az xəbər verir ki, bu qarşılaşma öncəsində Belqrad təmsilçisinin baş məşqçisi Vladan Miloyeviç ayın 16-da baş tutacaq qarşılaşma haqqında danışıb.
O, Tiflis "Dinamo”sunu ilkin mərhələdə mübarizədən kənarlaşdıran "Qəbələ”ni belə dəyərləndirib: "Oyuna çox ciddi hazırlaşırıq. "Qəbələ” həqiqətən də yaxşı komandadı. Düzdü, beynəlxalq arenada təcrübələri elə də çox deyil. Ancaq nəzərə alaq ki, onlar Tiflis "Dinamo”sunu mübarizədən kənarlaşdırıblar. Biz istənilən rəqibə hörmətlə yanaşırıq. Özümüzə inanırıq və qarşılaşmaya yüksək səviyyədə hazırlaşırıq”.
Miloyeviç bundan başqa "Qəbələ”nin yaxşı maddi dayaqlarını olduğundan da söz açıb: "Qəbələ”nin yaxşı maddi imkanları var. Fikrimcə, bizlə müqayisədə onların büddcəsi daha çoxdu. Komandaya Roman Qriqorçuk kimi mütəxəssis başçılıq edir. Bundan başqa Ukrayna "Çernomorets"inin sabiq oyunçuları da indi bizim rəqibin heyətində yer alıb. Bizim heyətlə bağlı bəzi problemlərimiz var. Ancaq buna baxmayaraq, bütün futbolçularıma inanıram. Meydana hər kəs qazanmaq üçün çıxır. Amma nəzərə alaq ki, bu cütün taleyini həll etmək üçün iki oyun keçirəcəyik. Nəyin necə olacağını indi yox, qarşıdakı günlərdə bilmək olar. Rəqibin fiziki hazırlığı yüksək səviyyədədi. Əsas heyət yaxşı futbolçulardan təşkil olunub. "Domjale” ilə nisbətən "Qəbələ” hiyləgər komandadı”.
Qeyd edək ki, iyulun 16-da Belqradda baş tutacaq qarşılaşma 23:30-da start götürəcək. Cavab oyunu isə 1 həftə sonra saat 21:00-da "Bakcell Arena”da keçiriləcək.