"Qəbələ" keçilməz rəqib sayıla bilməz"

18:01 - 15 İyul 2015

"Qəbələ"yə 1:0 və ya 2:0 hesabıyla qalib gəlsək, razı qalacağam

 

Serbiyanın "Çukariçki" klubunun qapıçısı Nemanya Stevanoviç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı oyunlar öncəsi fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, o, öncə bunları söyləyib:

 

"Qəbələ"nin oyunlarının videoyazısına baxmışam. Ciddi rəqibdir. Onlar meydanda çox fəaldırlar, əks-hücumlarda yaxşıdırlar. Fiziki cəhətdən də güclüdürlər. Amma çatışmazlıqları da var. Ona görə də "Qəbələ" keçilməz rəqib sayıla bilməz".

 

Qolkiper daha sonra qeyd edib ki, "Çukariçki"nin "Qəbələ"yə qol vura biləcək yetərincə futbolçusu var: "Futbolçularımızın hər biri öz mövqeyində təhlükəlidir. Müdafiəçilərimiz də öz işlərini yaxşı bilirlər. "Qəbələ"yə ev oyununda 1:0 və ya 2:0 hesabıyla qalib gəlsək, razı qalacağam. Əminəm ki, bu nəticələr bizə Azərbaycanda keçiriləcək cavab oyununda növbəti mərhələyə vəsiqəni təmin etməyə imkan yaradacaq".

 

 Qeyd edək ki, “Çukariçki” – “Qəbələ” matçı iyulun 16-da Belqradda keçiriləcək.

Xəbər xətti