"Çukariçki"nin baş məşqçisi: "Onlar çox aqressiv idilər"

10:27 - 17 İyul 2015

Bu gün onların oyunu alınmadı

 

“Yaxşı oyun keçirdik. Oyunçularım istədiyimiz sistemi tam olaraq qavraya bilmişdilər”.

 

Sportal.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqası II tur ilk matçında “Qəbələ”yə qalib gəlmiş (1:0) “Çukariçki”nin baş məşçqisi Vladan Miloyeviç oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 

“Oyunçularım necə oynamaq lazım olduğunu bilirdilər. Onlar çox aqressiv idilər və hər top uğrunda mübarizə aparırdılar. Əslində bu oyunla daha çox qol vurmalı idik. Oyunun ilk yarısında daha yaxşı oynaya bilərdik. “Qəbələ” çox ciddi komandadı. Doğrudu, bu gün onların oyunu alınmadı, çünki biz buna icazə vermədik, ancaq cavab görüşündə onlar artıq bizə hücum edəcəklər. Bunun qarşısını almaq üçün yollar düşünməli olacam” – deyə Miloyeviç bildirib.

Xəbər xətti