"Qol vurmağa layiq idik"
"Qəbələ" kimi güclü komandaya qarşı çox yaxşı oynadıq. Çox sayda qol imkanlarımız oldu".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ" ilə matçdan sonra Serbiyanın "Çukariçki" klubunun futbolçusu Petar Bojiç deyib.
O, qazandıqları 1:0 hesablı qələbəyə belə şərh verib: "Amma bunların yalnız birindən istifadə edə bildik. Düşünürəm ki, bu qolu vurmağa layiq idik. Əvvəlki mərhələnin iki oyununda da penalti şansımız olmuşdu. Bu dəfə də 11 metrlik cərimə zərbəsi vurmaq imkanımız yarandı. İqor Matiçin yoxluğu orta sahədə çətinliklə yaradırdı. Bakıdakı cavab oyununda isə o da bizə kömək edəcək. Bu da o deməkdi ki, daha yaxşı oynamaq imkanımız olacaq. Mənə elə gəlir ki, mərhələni keçəcəyik".
saytlarin hazirlanmasi