"Hər iki ölkəyə uzun yol qət edəcəyik"
Bilbao "Atletik"inin baş məşqçisi Ernesto Valverde Avropa Liqasının III təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Sportal.az xəbər verir ki, Valverde İspaniya mətbuatına verdiyi açıqlamada "İnter" (Azərbaycan) - "Hafnarfyordur" (İslandiya) matçının qalibi ilə qarşılaşmaları barədə danışıb:
"Hər iki ölkəyə uzun yol qət edəcəyik. Bu komandalar rəsmi yarışda mübarizə aparırlar. Buna görə də onlara hörmətlə yanaşırıq. Biz mövsümöncəsi yoldaşlıq görüşləri keçirsək də, onlar rəsmi yarışda mübarizə aparırlar. Rəqib müəyyənləşdikdən sonra isə əvvəlki qarşılaşmalara da baxacağıq, rəqib haqda məlumatlar toplayacağıq".
Qeyd edək ki, "İnter" - "Hafnaryordur" matçı iyulun 23-ü saat 21:00-da başlayacaq. Bu cütün qalibi iyulun 30-u və avqustun 6-ı "Atletik"lə qarşılaşacaq.
saytlarin hazirlanmasi