Fiziki çalışmalara üstünlük verilib
“Zirə”nin Türkiyədəki təlim-məşq toplanışı davam edir.
Sportal.az xəbər verir ki, komanda hazırlığın 2-ci günündə öncəki gündən fərqli məşq keçib.
İlk məşqdən öncə baş məşqçi Adil Şükürov futbolçuları Ramazan bayramı münasibəti ilə təbrik etdi. Bundan sonra açıq havada isinmə hərəkətləri edən “qartallar” ardından fitnes zalına keçdilər. Futbolçular ümumi güc üzərində çalışdılar. 2-ci məşq stadionda baş tutdu. Gərgin fiziki məşqin ardından futbolçular toplu çalışmalarla kifayətləndilər.
Məşqdən fotoreportajı təqdim edirik:
saytlarin hazirlanmasi