Hazırlığın 3-cü günü
“Zirə”nin Türkiyədəki təlim-məşq toplanışı davam edir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda artıq 3 gündür hazırlığın 2-ci mərhələsi üçün Ərzurumdadır.
Dəniz səviyyəsindən 2300 metr hündürlükdə məskunlaşan “Zirə” toplanışın 3-cü günündə də iki dəfə məşq edib. Səhər məşqində “qartallar” ümumi dözümlülük üzərində çalışıblar. Axşam məşqində isə proqrama güc dözümlülüyü və sürət salınmışdı.
Axşam məşqində həmçinin bu gün düşərgəyə qatılan komandanın yeni transferi Nicat Qurbanov da iştirak edib.
saytlarin hazirlanmasi