3-cü komanda hələlik bəlli deyil
“Zirə” Premyer Liqaya hazırlığın 2-ci mərhələsini Türkiyədə keçirir.
Sportal.az xəbər verir ki, Ərzurum toplanışının 4-cü günündə “qartallar” bir məşqlə kifayətləniblər. Səhər baş tutan məşqdə ümumi texniki-taktiki hazırlıq üzərində işlənib.
Bu arada komandanın yoxlama görüşlərinin ikisinin vaxtı və oyunlardakı rəqiblərin adı məlum olub. Belə ki, “Zirə” iyulun 21-də Gürcüstanın “Şukura”, 25-də isə “Samtredia” klubu ilə qarşılaşacaq. Hər iki klub ölkəsində güclülər dəstəsində mübarizə aparır və “Şukura” son mövsümü 7-ci yerdə başa vurduğu halda, “Samtredia” 6-cı olub.
Oyunlar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. “Zirə”nin növbəti yoxlama oyununun iyulun 29-da keçirilməsi planlaşdırılır. Rəqibin hansı komanda olacağı isə hələ dəqiq deyil.
saytlarin hazirlanmasi