“Qəbələ”nin rəqibindən uğurlu start
Avropa LiqasınınII təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Çukariçki” Serbiya Superliqasında ilk oyununukeçirib.
Sportal.az xəbər verir ki, Vladan Miloyeviçin komandası çempionatın ilk oyununu “Voyvodina”ya qarşı keçirib.
Rəqibini 4:0 hesabı ilə məğlub edən “Çukariçki” yeni mövsümə uğurlu start verib.
Qeyd edək ki, bu qarşılaşmada qolları 34, 58 və 65-ci dəqiqələrində Andriya Pavloviç, 90-cı dəqiqədə isə Nikola Stoylkoviç vurub.
saytlarin hazirlanmasi