“Çukariçki” yeni mövsümə darmadağınla başladı
Avropa LiqasınınII təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Çukariçki” Serbiya Superliqasında ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, Vladan Miloyeviçin komandası çempionatın ilk oyununu “Voyvodina”ya qarşı keçirib.
Rəqibini 4:0 hesabı ilə məğlub edən “Çukariçki” yeni mövsümə uğurlu start verib.
Qeyd edək ki, bu qarşılaşmada qolları 34, 58 və 65-ci dəqiqələrində Andriya Pavloviç, 90-cı dəqiqədə isə Nikola Stoylkoviç vurub.
saytlarin hazirlanmasi