Toplanışda 5-ci gün
"Zirə” Premyer liqaya hazırlığın 2-ci mərhələsini Türkiyədə davam etdirir. Artıq Ərzurum toplanışının 5-ci günü arxada qalıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qartallar” səhər və axşam olmaqla iki məşqə çıxıblar. Komanda hər iki məşqdə texniki-taktiki hazırlıq üzərində işləyib. Bu gün “Zirə” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunda rəqib Gürcüstan təmsilçisi “Şukura” olacaq.
Qeyd edək ki, ölkəsinin güclülər dəstəsində çıxış edən “Şukura” son mövsüm 7-ci yeri tutub.
saytlarin hazirlanmasi