"İlk məşqimə çıxmağıma baxmayaraq, çətinlik çəkmədim"
"Əlincə" klubunun yetirməsi olan Qara Qarayev "Malaqa"nın U-19 komandasının heyətində ilk məşqinə çıxıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Q.Qarayev İspaniya təmsilçisinin heyətində keçirdiyi ilk məşqdən məmnun olduğunu bildirib:
"Bəli, ilk məşqimə çıxdım. Burada çox yaxşı qarşılandım. Hər şeydən məmnunam. Çox güclü məşqlər keçirilir. İlk məşqimə çıxmağıma baxmayaraq, çətinlik çəkmədim".
saytlarin hazirlanmasi