“Uğurumuzun davamını gətirə bilmədik”
“Baxmayaraq ki, ilk yarıda qapımızda qol gördük, fasilədən sonra toparlana bildik. Rəqib qapısından 2 top keçirdik”.
Sportal.az xəbər verir ki, bu sözləri “İnter” – “Hafnarfyordur” qarşılaşmasından sonra İslandiya təmsilçisinin baş məşqçisi Heymir Qudyonsson keçirilən mətbuat konfransında deyib.
Azlıqda qaldıqdan sonra oyunu uduzduqlarını deyən baş məşqçi buna görə təəssüfləndiklərini bildirib:
“Təəssüf ki, azlıqda qaldıq və uğurumuzun davamını gətirə bilmədik. Hər halda yetirmələrim bacardıqlarının ən yaxşısını nümayiş etdirdilər”.
Meydandakı sərt oyunla bağlı suala isə Qudyonsson belə cavab verib:
“Bu, avrokubok yarışmasıdı, sərtlik qaçılmazdı. Hesab bərabərləşdikdən sonra isə azərbaycanlı futbolçuların oyunu uzatmaq cəhdləri yetirmələrimin ürəyincə ola bilməzdi. Futbolda bu cür hallar təbiidi”. (Apasport.az)
saytlarin hazirlanmasi