Səlahət Ağayev: “İnter” növbəti mərhələyə çıxmağa layiq idi”
Avropa Liqasının II təsnifat mərhələsində İslandiya "Hafnarfyordur"la cavab matçından sonra "İnter"in qapıçısı Səlahət Ağayevaçıqlama verib.
Sportal.az xəbər verir ki, “bankirlər”in qolkiperi 2:2 hesabıilə başa bitən qarşılaşmanı belə şərh edib:
"İnter” növbəti mərhələyə çıxmağa layiq idi. İkinci hissədə kobud səhvlər üzündən qapımızdan iki qol buraxıb vəziyyətimizi çətinləşdirdik. Lakin oyuna alavə olunmuş 30 dəqiqədə növbəti mərhələyə vəsiqəni təmin edən qolu vurduq. Açığı, “İnter”in mərhələ adlayacağına az adam inanırdı. Lakin biz bir daha göstərdik ki, zəif komanda deyilik. Qısa zamanda yığılan komanda iki mərhələ adlaya bilibsə, bunu uğur hesab etmək olar”.
saytlarin hazirlanmasi