"Serblər pressinq tətbiq etdiyi üçün hücuma atılmaqda çətinlik çəkirdik"

02:00 - 24 İyul 2015

Rəşad Sadiqov: “Komanda oyuna həyəcanlı çıxmışdı”
 
"Həqiqətən də oyun çətin keçdi. İlk hissədə rəqib bizə oynamaq imkanı vermədi. Onların pressinq tətbiq etməsi oyunumuza təsir edirdi. Ancaq dəqiqələr keçdikcə oyunun nəbzini tutduq”.
 
Sportal.az xəbər verir ki. bu sözləri  Avropa Liqasının II təsnifat mərhələsində "Çukariçki"yə qalib gəldikləri oyundan (2:0) sonra "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov deyib. 

Təcrübəli futbolçu komandasının oyuna həyəcanlı çıxdığını bildirib: 
 
"Serblər pressinq tətbiq etdiyi üçün hücuma atılmaqda çətinlik çəkirdik. Bu səbəbdən ötürmələrdə səhvlərə yol verirdik. Səfərdə məğlub olmuşduq və cavab oyunun çətin olacağını bilirdik.
 
Komanda oyuna həyəcanlı çıxmışdı. Əgər irəli atılıb qol buraxsaydıq, daha sonra üç qol vurmalı olacaqdıq. Yəni, bunlar hamısı təhlükəli idi və bizi düşündürürdü. Ona görə də matça ehtiyatlı başladıq. Sadəcə bilirdik ki, qol epizodlarımız olacaq və bunlardan yararlanmalıydıq. Əsas odur ki, hər şey istədiyimiz kimi başa çatdı".

Xəbər xətti