İlk oyun səfərdə olacaq
"Qəbələ" Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubu ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, püşkə əsasən bu komandalar arasındakı ilk oyun Azərbaycanda keçirilməli idi. Lakin ilk qarşılaşmanın Kiprdə keçirilməsinə qərar verilib. Buna səbəb "Apollon"un təmsil etdiyi Limassol şəhərinin digər klubunun - AEK-in də Avroliqadakı ilk matçının səfərdə, cavab görüşünün evdə keçirilməsidir. Bu üzdən də "Apollon" ilk oyunu evdə keçirməyə qərar verib.
Beləliklə, "Apollon" - "Qəbələ" matçı iyulun 30-da Kiprdə keçiriləcək.
saytlarin hazirlanmasi