İspaniyada ədaləti Stavros Tritsonis qoruyacaq
Avropa Liqası III təsnifat mərhələsində “İnter” komandası “Atletik” (Bilbao) ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, artıq İspaniyada keçiriləcək ilk qarşılaşmanın hakimləri bəlli olub.
Belə ki, oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Stavros Tritsonislə yanaşı, qarşılaşmada ədaləti yardımçıları Xristos Akrivos və İlias Alekseas qoruyacaq. Matçın 4-cü hakimi isə İlias Spatas olacaq. Onların idarəçiliynə Finlandiyadan olan hakim-inspektor Youni Hittyia qiymət verəcək. UEFA nümayəndəsi isə italiyalı Danilo Filatsioni təyin olunub.
Qeyd edək ki, ilk oyun iyulun 30-da Bakı vaxtı ilə saat 23:45-də Bilbaoda baş tutacaq.
saytlarin hazirlanmasi