"Apollon" – "Qəbələ" oyunu ukraynalılara əmanət

02:55 - 25 İyul 2015

Reynaldo və Teliyə qırmızı vərəqə göstərən hakim Kiprə təyinat aldı
 
Avropa Liqası III təsnifat mərhələsində “Qəbələ” klubu Kipr təmsilçisi “Apollon”la üz-üzə gələcək.
 
Sportal.az xəbər verir ki. səfərdə baş tutacaq ilk qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcək.
 
Bu qarşılaşmaya baş hakim Sergey Boyko, köməkçilər Aleksandr Korniyko və Volodimir Volodin təyin olunub.  Anatoli Abdula isə oyunun 4-cü hakimi olacaq.
 
Yeri gəlmişkən Sergey Boyko ölkə təmsilçilərimiz üçün tanış hakimdir. Ötən il Çempionlar Liqasında  “Qarabağ” – “Zalsburq” matçında əsas söz sahibi olan ukraynalı referi həmin matçda ağdamlıların iki futbolçusunu – Admir Teli və Reynaldonu meydandan qovaraq diqqət mərkəzinə düşmüşdü.
 
Matçın hakim inspektoru Almaniyadan Yogen Ştrigel, UEFA nümayəndəsi isə İsraildən Ronen Herşo olacaq.
 
Qeyd edək ki, “Apollon” – “Qəbələ” matçı iyulun 30-u Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər xətti