Bu mövsüm 1,750 xal qazanılıb
Cari mövsüm avrokubokların ilk 2 təsnifat mərhələsi Azərbaycan klubları üçün uğurlu alınıb.
Sportal.az xəbər verir ki, 12 oyun keçirən 4 klubumuz ölkəmizin hesabına 1,750 xal qazandırıb. Bunun 0,625-i “İnter”in hesabındadı. “Qəbələ” 0,500, “Qarabağ” 0,375 xal qazanıbsa, mübarizəni dayandıran “Neftçi” 0,250 xalla kifayətlənmişdi. Qazanılan 1,750 xal mövsümün ən yaxşıları arasında 11-ci pilləni tutmağa imkan verir. Avropa nəhəngləri mübarizəyə başlamadığından siyahıya Lixtenşteyn başçılıq edir – 4,000. Slovakiya 3,000, Norveç 2,750 xalla ilk “üçlük”də qərarlaşıb.
saytlarin hazirlanmasi