"Komandamın son 4 oyundakı çıxışından razı qaldım"
"Komandamın oyunundan tam razıyam. Hədəfimiz mərhələ adlamaq idi ki, bunu da bacardıq. Keçirdiyimiz 4 oyunda qol buraxmamağımız yaxşı nəticədir. "Trakai"dən güclü idik və layiqli olaraq mərhələ adladıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Apollon"un baş məşqçisi Pedro Emanuel öz açıqlamasında qeyd edib:
Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ” ilə qarşılşacaq Kipr klubunun portuqaliyalı "sükan sahibi” yerli mətbuatına açıqlamasında AL oyunundan da danışıb: "Qəbələ" haqda hələlik heç nə bilmirik. Ancaq tezliklə rəqibi bacardığımız qədər öyrənməyə çalışacağıq. Komandamın son 4 oyundakı çıxışından razı qaldım. Qarşıdakı oyunlara da ciddi hazırlaşacağıq".
Qeyd edək ki, "Apollon" və "Qəbələ" arasında ilk oyun iyulun 30-da Kiprdə keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
saytlarin hazirlanmasi