Löv qrupumuzu dəyərləndirdi

16:31 - 26 İyul 2015

Azərbaycan haqda danışmadı

 

DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alan  Almaniya millisinin baş məşqçisi Yoahim Löv püşkatmanın nəticələrini dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis qrupun favoriti olduqlarını bildirib: "Çexiya, Norveç və Şimali İrlandiya yığmaları yaxın keçmişdə yaxşı nəticələr əldə edib. Əlbəttə ki, son dünya çempionu kimi qrupu lider başa vurmaq istəyirik. Eyni zamanda qrupun favoritiyik. Ancaq hazırda bütün diqqətimizi yalnız "Avro-2016"nın seçmə mərhələsinə yönəltmişik. Bu turnirdən sonra dünya çempionatının seçmə mərhələsi haqda düşünəcəyik".

Xəbər xətti