"Azərbaycanla görüşlərdə qalib gəlməliyik"

19:36 - 27 İyul 2015

"Hamısını məğlub etmək gücündəyik"

 

Şimali İrlandiya millisinin futbolçusu Konnor Maklaflin DÇ-2018-in seçmə mərhələsinin püşkünü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, irlandiyalı futbolçu Azərbaycan millisindən də danışıb: 

 

"Həmişə ən güclü ilə qarşılaşmaq, özünü göstərmək istəyirsən. Almaniya dünya çempionudu. Düşünürəm ki, doğma meydanda onları büdrədə bilərik. Qrupumuzda olan digər komandaların hamısını məğlub etmək gücündəyik. Çexiya və Norveçin yaxşı komandalar olması, həmçinin ənənələri və əvvəlki yarışlardakı nəticələrini bilirik. Amma biz onları özünə inam sayəsində üstələyə bilərik. Azərbaycan və San Marino ilə görüşlərdə qalib gəlməliyik. Onda biz final mərhələsinə çıxmaq şansı əldə edəcəyik".

Xəbər xətti