Cavab matçını buraxa bilərlər
Avropa Liqasında mübarizə aparan klublarımızın 3 futbolçusu III təsnifat mərhələsinin cavab oyununu buraxmaq təhlükəsi ilə üz-üzədi.
Sportal.az xəbər verir ki, ilk iki təsnifat mərhələsində hərəyə 2 dəfə sarı vərəqə alan Zurab Xizanaşvili, Rafael Santos və Cavid Hüseynov iyulun 30-da baş tutacaq ilk qarşılaşmada cəzalı duruma düşə bilər. Əgər bu futbolçular ilk matçda sarı vərəqə alarsa cavab matçını buraxmalı olacaqlar.
saytlarin hazirlanmasi