"Bu oyuna daha cəsarətli hakim təyin olunmalı idi"
"Yaxşı rəqibə qarşı gözəl oyun sərgilədik. Biz 5-ci oyunumuzda top buraxmamağa yaxın idik, ancaq sonda bundan məhrum olduq".
Sportal.az xəbər verir ki, bu sözləri "Apollon"un baş məşqçisi Pedro Emanuel Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə bərabərə qaldıqları ilk oyundan (1:1) sonra deyib.
Hakim idarəçiliyindən şikayətlənən portuqaliyalı mütəxəssis hələ heç nəyin bitmədiyini bildirib: "Rəqib baş məşqçinin komandasının qol vuracağına əmin olması, məni alternativ nəsə düşünməyə vadar edirdi.
Bu oyuna daha cəsarətli hakim təyin olunmalı idi. Referi "Qəbələ"nin cavab qolunu vuran futbolçunun ədəbsiz jestini görsə də, onu cəzalandırmadı. Əksinə onlara tərəf qaçaraq aranı sakitləşdirməyə çalışdı. Bununla belə, hələ heç nə bitməyib. Cavab matçında qələbəyə oynayacağıq. Səfərdə yaxşı oynasaq, mərhələni keçəcəyik".
saytlarin hazirlanmasi