Avroliqa matçında azarkeşlər futbolçuya xəsarət yetirdi

11:54 - 31 İyul 2015

Matç yarımçıq dayandırıldı

 

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində keçirilən "Kukesi" (Albaniya) - "Legiya" (Polşa) görüşündə insident yaşanıb.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin azarkeşlərinin etdiyi hərəkət səbəbindən matç yarımçıq dayandırılıb. Belə ki, ikinci hissənin əvvəlində hesab 2:1 "Legiya"nın xeyrinə olan zaman meydana daş atılıb. Həmin daş "Legiya"nın futbolçusu Andrey Duduya dəyib. O, ciddi xəsarət alıb.  Referi matçı 51-ci dəqiqədə  dayandırmaq qərarına gəlib.

 

Baş verən insidentə görə meydan sahiblərinə texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Xəbər xətti