UEFA Avropa Liqasında baş tutan qalmaqallı matç haqda qərarını verdi

15:34 - 4 Avqust 2015

Albaniya təmsilçisinə texniki məğlubiyyət
 
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində yarımçıq dayandırılan "Kukesi" (Albaniya) - "Legiya" (Polşa) matçı ilə bağlı qərarını verib.
 
Sportal.az xəbər verir ki, meydan sahibi komandaya 3:0 hesablı texniki məğlubiyyət edib. Buna qarşılaşma zamanı meydan sahiblərinin azarkeşlərindən birinin etdiyi hərəkət səbəb olub.
 
Qeyd edək ki, sözügedən matçın ikinci hissəsinin əvvəlində meydana daş atılıb. Həmin daş Polşa klubunun futbolçusu Andrey Duduya dəyib. Futbolçu meydandan xərəklə aparılıb.  Baş verənlərə görə görüşün baş hakimi 51-ci dəqiqədə matçı yarımçıq dayandırmaq qərarına gəlib.

Xəbər xətti