"Atletik" Bakıya 21 futbolçu ilə gəldi

16:48 - 4 Avqust 2015

Cavab matçı üçün...

 

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "İnter"lə cavab oyununa çıxacaq İspaniyanın "Atletik" klubu bu gün Bakıya gəlib.

 

Sportal.az xəbər verir ki, Bilbao təmsilçisi paytaxta 21 futbolçu gətirib:

 

Qorka İraisos, Yaqo Herrerin, Alexandro Remiro, Eneko Boveda, Karlos Qurpegi, Mikel Balensyaqa, Emerik Laport, Mikel San-Xose, İniqo Lekue, Qorka Elustondo, Xavyer Eraso, Xabyer Eçeyta, Oskar de Markos, Benyat, İbay Qomes, Markel Susaeta, Axer Akeçe, Borxa Viqera, Arits Aduris, Gilyermo Fernandes, Sabin Merino.

 

Qeyd edək ki, "İnter" - "Atletik" matçı avqustun 6-da "İnter Arena"da keçiriləcək.

Xəbər xətti