"Apollon"un baş məşqçisi mətbuat konfransından imtina etdi

21:32 - 4 Avqust 2015

Səbəb göstərilməyib

 

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçları çərçivəsin "Qəbələ" Kiprin "Apollon" komandasını qəbul edəcək.

 

Sportal.az xəbər verir ki,matçdan öncə baş məşqçilərin mətbuat konfransı və komandaların son məşqi olacaq. Lakin Kipr təmsilçisinin baş məşqçisi Pedro Emanuel mətbuat konfransına çıxmaqdan imtina edib. Portuqaliyalı mütəxəssisin hansı səbəbdən bu qərarı verdiyi barədə məlumat verilmir. Onun komandası oyunöncəsi son məşqinə isə saat 20:00-da çıxacaq.

Xəbər xətti