Daha bir UEFA nümayəndəsi
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Apollon” (Kipr) oyunu ilə bağlı qeyri-adi qərar verib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən, Avropa futbol təşkilatı bu gün Bakıda keçiriləcək matça əlavə olaraq daha bir UEFA nümayəndəsi təyin edib.
“Qəbələ” – “Apollon” qarşılaşmasının ikinci UEFA nümayəndəsi Gürcüstanı təmsil edən Giorgi Pirtsxalava olacaq. Bu addım iyulun 30-da Kiprin Larnaka şəhərində keçirilən ilk oyun zamanı yerli azarkeşlərin aqressiv davranışı ilə əlaqədar yaranmış gərginliyi nəzərə alınaraq atılıb.
saytlarin hazirlanmasi