Stadionda işıqlar söndü, matç dayandırıldı

01:45 - 7 Avqust 2015

"Atromitos" – AİK qarşılaşmasında fasilə yaranıb  
Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Atromitos" (Yunanıstan) - AİK (İsveç) matçı yarımçıq dayanıb.
 
Sportal.az xəbər verir ki, buna stadionda elektrikin kəsilməsi səbəb olub.
 
Yunanıstanda keçirilən oyunun 53-cü dəqiqəsində bütün stadionda işıqlar sönüb. Lakin bir müddət sonra texniki nasazlıq aradan qaldırılıb və matç qaldığı yerdən davam etdirilib.
 
Qeyd edək ki, 53-cü dəqiqəyə qədər matçda hesab açılmayıb - 0:0. Səfərdə keçirilən ilk görüşdə isə "Atromitos" 3:1 hesabı ilə qalib gəlib. 

Xəbər xətti