İkinci heç-heçə
İran çempionatında üçüncü turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu bu gün növbəti matçına çıxıb. Təbriz təmsilçisi öz meydanında "Sorinet"lə üz-üzə gəlib. Ötən turda ilk qələbəsini qazanan "Traktor Sazi" bu görüşdə bərabərə qalıb - 1:1.
Qeyd edək ki, "Traktor Sazi" keçirdiyi üç oyundan sonra 5 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
14 avqust
İran çempionatı, 3-cü tur
19:20. "Traktor Sazi" - "Sorinet" - 1:1
Qollar: Eafiei, 22 - Azadani, 88
saytlarin hazirlanmasi