"Qəbələ"nin rəqibi hücumçu transfer edir

00:36 - 15 Avqust 2015

Lukinas "Panatinaikos"a keçə bilər
 
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ" ilə mübarizə aparacaq Yunanıstanın "Panatinaikos" klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyindədir.
 
Sportal.az xəbər verir ki, Afina klubu "İraklis"in forvardı Yannis Lukinasa göz dikib. Amma onun "Panatinaikos"a transferi böyük ehtimalla yaxın günlərdə baş tutmayacaq. Belə ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk oyun avqustun 20-də keçiriləcək. Lukinasın keçidi isə bu qısa müddət ərzində alınmaya bilər.

Xəbər xətti