Türkiyə Superliqası: "Fənərbaxça" qələbəylə başladı

02:45 - 15 Avqust 2015

 “Əskişəhərspor” səfərdən əliboş qayıtdı
 
Türkiyə Superliqasında 2015/16 mövsümünə start verilib.
 
Sportal.az xəbər verir ki, mövsümün açılış matçında “Fənərbaxça” doğma azarkeşləri önündə “Əskişəhərspor”u qəbul edib.
 
İstanbul nəhəngi Musa Sov və Fernandaonun qollarıyla ilk turu 2:0 hesablı qələbəyla başa vurub.
 
İlk turda son çempion “Qalatasaray”ı isə “Sivasspor” komandasıyla çətin səfər gözləyir. 
 
Turun ən maraqlı oyunlarından biri Trabzonda baş tutacaq. “Trabzonspor” yeni mövsümdə güclü heyətə malik olan  “Bursaspor”u qəbul edəcək.
 
 
Türkiyə Superliqası I tur
 
 
“Fənərbaxça” – “Əskişəhərspor”  2:0
Qollar: Musa Sov, 45+1, Fernandao, 45+3
 
15 avqust
 
23:00. “Trabzonspor” – “Bursaspor”
00:00. “Başakşəhər” – “Antalyaspor”
00:00. “Sivasspor” – “Qalatasaray”
 
16 avqust
 
23:00. “Konyaspor” – “Akhisar”
23:00. “Osmanlıspor” – “Kayserispor”
00:00. “Qaziantepspor” – “Kasımpaşa”
00:00. “Mersin İdmanyurdu” – “Beşiktaş”
 
17 avqust
 
00:00. “Gənclərbirliyi” – “Çaykur Rizəspor”

Xəbər xətti