Gənc qızlardan ibarət yığmamız
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, gənc qızların yarışına böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq), Almaz İsmayılova (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) qatılıblar.
Üçüncü yarış günündə mübarizə aparan gənc qızlardan ibarət yığmamızın üzvləri Türkan Nəsirova (44 kq) vəLeyla Qurbanova (51 kq) qızıl, Elis Manolova (67 kq) isəbürünc medala sahib olub.
Yarışların dördüncü günündə48, 55, 63 və72 kq çəkidə gənc qızlar mübarizə aparıb. Güləşçilərimiz günü 2 gümüş medalla başa vurub.
Beləliklə, gənclərin Dünya çempionatında qızların mübarizəsi başa çatıb. Ümumilikdə, 2 qızıl, 2 gümüş və1 bürünc medal qazanan güləşçilərimiz komanda hesabında 47 xal toplayaraq Yaponiyadan(66 xal) sonra ikinci sırada qərarlaşıb. 47 xal toplamış Rusiya komandası isə, medalların əyarına görə üçüncü yeri tutub.
saytlarin hazirlanmasi