"Müstəntiqin suallarını cavablandırdıqdan sonra sərbəst buraxıldım"
Həbs edildiyi deyilən Akif Tağıyev məsələ ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, o, "Qafqazinfo"ya açıqlamasında bölməyə çağırıldığı ilə bağlı məsələni təsdiqləsə də, həbs edilməsi xəbərini təkzib edib:
"Sözügedən olayla bağlı həbs edilən digər futbolçu, bir müddət "Xəzər Lənkəran"da oynayan Camal Məmmədovla "Whatsapp" danışığımız olub. Bu söhbət də məhz Rasim Əliyevin döyüldüyü vaxta təsadüf edib. Mənim nömrəm həmin vaxt Camal Məmmədovun əlaqə nömrələrinə düşdüyü üçün bölməyə çağırılmışam. Polis bölməsində müstəntiqin suallarını cavablandırdıqdan sonra sərbəst buraxıldım".
Hazırda isə Akif Tağıyev yolda olduğunu və Tovuza getdiyini bildirib.
saytlarin hazirlanmasi