Burak Yılmaz Premyer Liqada?

19:26 - 15 Avqust 2015

"Vest Hem"ə keçə bilər

 

"Qalatasaray"ın hücumçusu Burak Yılmaza Premyer Liqa klubu elçi düşüb.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Slaven Biliçin komandası "Vest Hem" Yılmaz üçün hərəkətə keçib. Belə ki, "Vest Hem" futbolçu üçün 9 milyon avroluq təklif göndərib.

 

Qeyd edək ki, maliyyə sıxıntıları yaşayan "Qalatasaray"ın bu transferə müsbət baxdığı deyilir.

Xəbər xətti