Dünya Kubokuna yekun vuruldu

00:41 - 16 Avqust 2015

Sonuncu mükafatçılar müəyyənləşdi

 

Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə Dünya Kubokuna yekun vurulub.

 

Sportal.az xəbər verir ki, yarışın son günündə 1 növdə mükafatçılar müəyyənləşib. Mərhələnin 15-ci – sonuncu medal dəsti kişilərin trap yarışlarında bəlli olub. Gün Avropa təmsilçiləri üçün uğurlu alınıb. Rusiyalı Aleksey Alipov rəqiblərindən güclü olub. Digər medallar Xorvatiya və İtaliya təmsilçilərinə nəsib olub.

 

Trap, kişilər
 

1. Aleksey Alipov (Rusiya)
2. Covanni Çernoqoraz (Xorvatiya)
3. Erminio Fraska (İtaliya)

Xəbər xətti