Akif Tağıyevin atası: "İzahat alındıqdan sonra sərbəst buraxılıb"

00:48 - 16 Avqust 2015

"Onun həbs edilməsi ilə bağlı gəzən xəbərlər yalandır"
 
Dünən "Turan Tovuz"un futbolçusu Akif Tağıyev jurnalist Rasim Əliyevin ölümündə günahkar bilinən Camal Məmmədovla telefon danışığına görə Bakı şəhəri Polis bölməsinə çağılaraq ifadə verib və daha sonra isə sərbəst buraxılıb.
 
Sportal.az xəbər verir ki, bu məsələyə futbolçunun atası Vidadi Tağıyev "Het-trik News" qəzetinin əməkdaşı ilə söhbətində aydınlıq gətirib:
 
"Akif Tağıyev həqiqətən polis bölməsinə çağılıb, jurnalistin ölümü ilə bağlı izahat alınıb. Onun həbs edilməsi ilə bağlı gəzən xəbərlər yalandır. İzahat alındıqdan sonra sərbət buraxılıb. Hazırda da Akif böyüyüb başa çatdığı Tovuz şəhərindədir".

Xəbər xətti