Türkiyə Superliqası: "Qalatasaray" startda "Sivasspor"a "ilişdi"

03:17 - 16 Avqust 2015

Istanbul nəhəngi mövsümə heç-heçəylə başladı
 
Türkiyə Superliqasında 2015/16 mövsümünə start verilib.
 
Sportal.az xəbər verir ki, turun açılış matçında “Fənərbaxça” evdə “Əskişəhərspor”a qalib gəlib.  
 
Son çempion “Qalatasaray” isə ilk turdaca səfərdə “Sivasspor”la qarşılaşmada çətinliklə üzləşib.
 
Belə ki, hesabda 2:0 geridə olmasına baxmayaraq, “sarı-qırmızılılar” oyunda dönüş yarada bilib. İkinci yarıda Burak Yılmaz və Lukas Podolskinin qolları İstanbul nəhənginin köməyinə çatıb.  
.
 
 
Türkiyə Superliqası I tur
 
 
“Fənərbaxça” – “Əskişəhərspor”  2:0
Qollar:
Musa Sov, 45+1, Fernandao, 45+3
 
 
“Trabzonspor” – “Bursaspor”  1:0
Qol:
Erkan Zengin, 67
 
“Başakşəhər” – “Antalyaspor”  2:3
Qollar:
Madureyra, 46, Çikaleşşi, 61 - Bassan, 22, Eto`o, 50, 64
 
“Sivasspor” – “Qalatasaray”  2:2
Qollar:
Şaşeşu, 10, 55 - Burak, 60, Lukas Podolski, 81
 
16 avqust
 
23:00. “Konyaspor” – “Akhisar”
23:00. “Osmanlıspor” – “Kayserispor”
00:00. “Qaziantepspor” – “Kasımpaşa”
00:00. “Mersin İdmanyurdu” – “Beşiktaş”
 
17 avqust
 
00:00. “Gənclərbirliyi” – “Çaykur Rizəspor”

Xəbər xətti