"Xəzər Lənkəran" üçün şad xəbər, Tounkara qayıtdı

11:33 - 16 Avqust 2015

Fərdi məşqlə kifayətləndi

 

Premyer Liqanın 2-ci turunda “Sumqayıt”ın qonağı olacaq “Xəzər Lənkəran” dünən oyun öncəsi son məşqini keçirib.

 

Sportal.az xəbər verir ki, "ağ-yaşıllar" “Kapital Bank Arena”da saat 20:00-da hazırlığa başlayıb. 


Uzun müddət yaşıl meydanlardan kənarda qalan Sadio Tounkara da meydançada görünüb. Qaradərili futbolçu hələlik fərdi qaydada, yüngül çalışmalardan ibarət qısa müddətli məşqlə kifayətlənib. 


Hazırlıq prossesinin ardından cənublular yenidən Bakıya qayıdıb. Komanda paytaxtın “New Baku” otelində oyunun başlama saatına qədər istirahətə çəkilib. (12cioyuncu.info)

Xəbər xətti