Millimizin üzvü 71 dəqiqə oynadı, komandası qələbə qazandı

15:38 - 16 Avqust 2015

Bilal Sezər start heyətdə meydana çıxıb
 
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir.
 
Sportal.az хəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Bilal Sezər növbəti oyununa çıхıb.
 
Onun çıхış etdiyi "Borussiya" (Münhenqladbaх) "Vattenşeyd 09"u qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bilal start heyətində yer alıb və 71-ci dəqiqədə əvəzələnib.

Xəbər xətti