"Xəzər Lənkəran"a qol vuran futbolçu: "Qələbə hesabını qorumağımıza məhz bu mane oldu"

00:13 - 17 Avqust 2015

"Qol vuracağıma inanırdım"
 
"Sumqayıt"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Sportal.az xəbər verir ki, sumqayıtlıların futbolçusu 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
"Cərimə zərbəsini vurmağımı komanda yoldaşlarımdan xahiş etdim. Qol vuracağıma inanırdım. Komanda yoldaşlarım da sağ olsunlar ki, mənə belə bir şərait yaratdılar. Qoldan sonra müdafiəyə çox çəkildik. Ola bilsin ki, qələbə hesabını qorumağımıza məhz bu mane oldu və rəqib hesabı bərabərləşdirdi. Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq". (CBC)

Xəbər xətti