"Amma yalnız birindən yararlana bildik"
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
Sportal.az xəbər verir ki, cənub klubunun futbolçusu 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çətin oyun olacağını bilirdik. Necə də olmasa, səfər oyunu idi. Üstəlik, süni örtüklü qazonda oynadıq. Belə erkən qol buraxacağımızı gözləmirdik. Həmin epizodda hakim cərimə zərbəsi təyin etməyə də bilərdi. Çünki rəqib futbolçuya qarşı xüsusi qayda pozuntusuna yol verməmişdim. Qol vurmaq üçün başqa şanslarımız da oldu. Amma yalnız birindən yararlana bildik". (CBC)
saytlarin hazirlanmasi