"Xəzər Lənkəran" Elvin Əsgərovdan narazıdır: "3 ildir ki, bu hakimin çəkisini sala bilmirlər"

02:36 - 17 Avqust 2015

"Biz artıq bilmirik nə deyək"
 
Azərbaycan Premyer Liqasının II turunun Sumqayıtda keçirilən "Sumqayıt" - "Xəzər Lənkəran" matçı qalmaqalla yadda qalıb.
 
Sportal.az xəbər verir ki, cənub komandası matçın baş hakimi Elvin Əsgərovun idarəçiliyindən narazı qalıb.
 
"Ağ-yaşıllar"ın mətbuat xidmətinin rəhbərti Hüseyn Cəbrayıloğlunun oyunsonrası mətbuat konfransında baş  artıq Əsgərovla bağlı şikayətlərini matçın yekun protokoluna yazdıqlarını bildirib: 
 
"Biz artıq bilmirik nə deyək. Bugünkü oyundakı hakimlikdən çox narazı qaldıq. Belə hakimlik olmaz. Deməyə söz tapmırıq. 3 ildir ki, bu hakimin çəkisini sala bilmirlər. Bu çəki ilə hakimlik eləməzlər. Biz oyundan dərhal sonra narazılığımızı matçın yekun protokoluna bildirdik. Bu arada, matçın hakim-inspektoru tribunada bizim yaxınlığımızda əyləşmişdi. Təsəvvür edin, hakim haqqında yazdıqların qeydlər 2 səhifəni keçmişdi. Məncə, başqa sözə ehtiyac yoxdur".
 

Xəbər xətti