"Baltic Cup" turnirində qüvvəsini sınayacaq
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə çıxış edəcək.
Sportal.az xəbər verir ki, yığmamız Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunacaq “Baltic Cup” turnirində qüvvəsini sınayacaq.
Yığmamız turnirdə meydan sahibləri, həmçinin Litva və Estoniya ilə mübarizə aparacaq.
21 avqust
13:00. Litva – Azərbaycan
22 avqust
20:00. Latviya – Azərbaycan
23 avqust
13:00. Estoniya – Azərbaycan
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
saytlarin hazirlanmasi