AFFA Namiq Ələsgərovu yenidən Almaniyaya göndərdi

11:37 - 17 Avqust 2015

Fizioterapiya kursu keçəcək

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda Namiq Ələsgərov zədələnmiş və bir müddət  sonra Almaniyanın Plattling şəhərində uğurla cərrahiyə əməliyyatı olunmuşdu. 

 

Sportal.az xəbər verir ki, bu gündən etibarən Namiq Ələsgərov Almaniyada növbəti fizioterapiya kursuna başlayıb. Futbolçunun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.

Xəbər xətti